04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda boş mənzillərə görə vergi alınacaq

23.03.2021

May ayından etibarən İranda boş mənzillərə görə ev sahiblərindən vergi alınacaq.

DM-in məlumatına görə, bunu İranın Vergi məsələləri üzrə Təşkilatının sədri Ümidəli Parsa deyib.

Ü.Parsanın sözlərinə görə, vergi mənzilə qoyulacaq aylıq icarə haqqının yarısı qədər olacaq.

O, əlavə edib ki, İranın Vergi məsələləri üzrə Təşkilatında bütün ölkə üzrə məlumatların toplanması üçün lazımi strukturlar yaradılmaqdadır. Cari ildə bütün satış mərkəzləri, iqtisadi mərkəzlər İranın Vergi məsələləri üzrə Təşkilatına qoşulacaq və daha çox iqtisadi şəffaflığa və minimum vergi yayınmasına səbəb olacaq.

Ü.Parsa deyib ki, vergi yayınması ilə mübarizə əsas prioritetdir. Bu rəqəm ötən il (20 mart 2020 – 20 mart 2021) təxminən 450 trilyon rial (təxminən 10,7 milyard dollar) olub.