04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sergey Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi

23.03.2021

 Martın 23-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

DM "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Telefon danışığında tərəflər hərbi və hərbi texniki əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər.

"İki müttəfiq ölkənin müdafiə nazirləri Ermənistan Silahlı Qüvvələrində başlanılan genişmiqyaslı islahatların əsas istiqamətlərini, Ermənistan-Rusiya hərbi əməkdaşlığını, xüsusən də müştərək hərbi qrupların birgə əməliyyatları ilə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığı zamanı Syunik (Sünik) bölgəsində həyata keçirilən təhlükəsizlik tədbirləri xüsusi ilə diqqət mərkəzində olub", - nazirlikdən bildirilib.