04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda hərbi vəziyyət ləğv olunur

23.03.2021

Ermənistan parlamentindəki ən böyük blok – "Mənim addımım” martın 24-də iclasda ölkədəki hərbi vəziyyətin ləğvinə səs verəcək.

DM TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan bildirib.

"Düşünürəm ki, ölkədə hərbi vəziyyətin aradan qaldırılması üçün çərşənbə günü səhər səs verə bilərik. Xüsusilə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi razılaşmanın olduğunu və seçkilərin hərbi vəziyyət dövründə baş tuta bilməyəcəyini nəzərə alaraq, biz xoş niyyət göstərə bilərik”, - deyə A. Mirzoyan qeyd edib.

Xatırladaq ki, ötən ilin sentyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Ermənistanda hərbi vəziyyət elan olunub.