08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəqibimiz Belçika yığması olacaq

27.07.2018

Bu gün, iyulun 27-də Skopyedə (Makedoniya) yeniyetmə komandalar arasında B divizionunun basketbol üzrə Avropa çempionatı start götürür.
Azərbaycan yığması turnirin ilk matçında Belçika komandası ilə qarşılaşacaq. Oyun saat 18:30-da başlanacaq. Azərbaycan komandası daha sonra Estoniya (iyulun 28-də) ilə, Macarıstan (iyulun 29-da), Avstriya (iyulun 31-də) və Gürcüstan basketbolçuları ilə (avqustun 1-də) görüşəcək.
Bu qrupda start turunun digər matçlarında Estoniya – Gürcüstan və Avstriya – Macarıstan cütlükləri qarşılaşacaq.
Basketbol üzrə Avropa çempionatında 24 komanda iştirak edir.