04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk Şurası ölkələri liderlərinin görüşü keçiriləcək

23.03.2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü videokonfrans formatında baş tutacaq.

DM-in xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

"Epidemioloji vəziyyətlə əlaqədar Qazaxıstan tərəfi martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan Türk Şurasının qeyri-formal sammitinin videokonfrans formatında keçirilməsinə qərar verib. Türk Şurasının Baş Katibliyi bununla bağlı məlumatlandırılıb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, videokonfrans formatında keçiriləcək görüşdə Şuraya üzv ölkələrin dövlət başçıları, həmçinin təşkilatda müşahidəçi statusuna malik olan Macarıstanın Baş naziri Viktor Orban da iştirak edəcək.