05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avstraliyada son on ilin ən dəhşətli daşqınları gözlənilir

22.03.2021

Avstraliyanın Sidney şəhərində güclü sel, daşqın xəbərdarlığı edilib.

DM "Le Figaro” nəşrinə istinadən xəbər verir ki, gözlənilən təbiət hadisəsi son 10 ilin ən dəhşətli daşığını ola bilər.

Təcili yardım xidməti Yeni cənubi Uels sakinlərinə "həyati təhlükə yaradan" şəraitin gözlənildiyi barədə xəbərdarlıq edib.

İçməli su mənbəyi olan "Warragamba”nın şənbə günü günortadan sonra daşdığını bildirilib.

Ərazidə kütləvi evakuasiyalara başlanılıb. Təxminən 4000 nəfərin yaxın günlərdə evlərini tərk etmək məcburiyyətində qalacağı bildirilir.

Baş nazir Qledis Berejiklyan proqnozlaşdırılımış daşqınları "əsrdə bir dəfə baş verən hadisə” kimi xarakterizə edərək, bunu milli fəlakət adlandırıb.

Qeyd edək ki, hazırda 650 xilasetmə əməliyyatı həyata keçirilib. Başqa ştatlarda möhkəmləndirmə işləri aparılır.