04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayram günlərində taksi xidməti bahalaşacaq?

21.03.2021

 Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Bu il Novruz Bayramı günündə isə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

DM Xəzər TV-yə istinadən xəbər verir ki, bayram günü olsa da, bölgələrə sərnişin daşıyan taksilərdə qiymət artımı yoxdur.

Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Taksi fəaliyyəti ilə məşğul olanların sözlərinə görə, bu il Novruz Bayramı günündə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.

Taksi sürücüləri deyirlər ki, bu il vətəndaşlar bayramdan 4-5 gün əvvəl rayonlara üz tutublar. Buna səbəb də ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı olub.

Sərnişinlər də qiymətlərin dəyişmədiyini söyləyiblər.

Taksi sürücüləri bildiriblər ki, yaxın günlərdə də qiymətlərin dəyişəcəyi gözlənmir.