27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatdan toylarla bağlı AÇIQLAMA

20.03.2021

 "Şərtlərə əməl edilməklə toylara icazə verilməliydi".

DM xəbər verir ki, bunu Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa "Facebook" hesabında yazıb.

"Operativ Qərargahın dünənki qərarı normal sayılmalıdır. Ciddi qapanmaya gedilmədi və gözlənilən də bu idi. Üstəlik rayonlara gediş-gəlişin də qarşısı alınmadı. Bu şəraitdə iş yerlərinin bağlanmaması olduqca vacib idi. İnsanlar onsuz da yoxsullaşıblar, daha ağır duruma düşməməsi üçün çörəkpulu qazanmasına imkan tanınmalıydı. Ancaq məhdud iştirakçı və vaxtla toyların keçirilməsinə icazə verilməməsi, qapalı idman zallarının açılmaması müsbət qiymətləndirilə bilməz. Neçə həftədir deyirik ki, xeyli insanımız bu məsələdə çıxılmaz durumda qalıb, pandemiyanın şərtlərinə əməl edilməklə icazə verilməliydi. İctimai nəqliyyatın olmamasından da aztəminatlı vətəndaşlarımız xeyli sıxıntı çəkəcəklər və Bakıda tıxacların yaranmasına daha çox rəvac verəcək. Görünür pandemiyanın yayılma təcrübəsini nəzərə alaraq bu qərarı qəbul ediblər. Düşünürəm ki, bu dəfə ictimai rəyi diqqətə alaraq qərar qəbul etdilər", - deyə partiya sədri qeyd edib.