Gürcüstanda aksiya keçiriləcək 
    
                          
     
                         20.03.2021
 
    
                        Gürcüstan müxalifəti fövqəladə rejimdə fəaliyyət göstərəcəyini bəyan edib.
DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu sabiq prezident Mixail Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyası elan edib.
Bildirilib ki, müxalif gücləndirilmiş iş şəraitinə keçir. Paytaxt Tiflis, eləcə də regionlarda genişmiqyaslı aksiyalar keçiriləcək.