28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNEC dünyanın ən yaxşı universitetləri sırasındadır

19.03.2021

Avropa Birliyinin Erasmus+ proqramı tərəfindən maliyyələşən U-Multirank reytinq təşkilatı dünya universitetlərinin fənlər üzrə reytinq cədvəlini açıqlayıb.

DM xəbər verir ki, U-Multirank reytinq sıralamasının builki buraxılışında 92 ölkədən 1800-ə yaxın universitet 5 kriteriya - tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətləri üzrə qiymətləndirilib.

U-Multirank təşkilatının İqtisadiyyat fənni (subject ranking) üzrə reytinqındə UNEC 302 ən yaxşı universitet arasında 259-cu sırada qərarlaşıb.

Builki fənn reytinqində 302 universitetinin 229-u Avropa, 30-u Asiya, 2-si Afrika, 28-i Şimali Amerika, 8-i Latın Amerikası və 5-i isə Sakit Okean region ölklərindən daxil olub.