Nazir məktəb direktoruna töhmət verdi  
    
                          
     
                         19.03.2021
 
    
                        Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.
DM xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.
Bundan başqa, direktora töhmət verilib.
Qeyd edək ki, şagirdi döydüyü bildirilən 55 yaşlı Q.Qasımov adlı müəllimlə bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.