09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün xalq artistinin 70 illik yubileyi keçiriləcək

29.01.2018

Bu gün saat 19:00-da Azərbaycan Televiziyasının «Mədəniyyət» kanalının, Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, xalq artisti, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçiriləcək.
Elxan Əhədzadənin işıqlı xatirəsinə həsr olunan bədii gecəyə musiqinu sevən, dəyər verən hər kəsi dəvət edirik.
Xatırladırıq ki, Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1967-ci ildə C.Cabbarlı adına Kinostudiyanın "kino aktyoru” kursunda Adil İsgəndərovun sinfini bitirir.1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. 1972-1977-ci illərdə İncəsənət İnsititutunun ”Musiqili Komediya aktyoru” fakultəsini bitirir. Və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor kimi çalışır. R.Hacıyevin "Mama ya jenyus”, ”Kavkazskaya plemyanitsa” və s.əsərlərdə baş rollarda çıxış edir.
Bundan əlavə Çingiz Əhədzadə opera sahəsində bir-birindən maraqlı obrazlar yaradıb. Ü.Hacıbəylinin” Leyli və Məcnun”əsərində Nofəl, C.Bizenin ”Karmen” operasında Eskamin, R.Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun ”Solğun Çiçəklər”ində Bəhram, C.Verdinin "Riqoletto” əsərində Riqoletto və başqa rolları ilə yadda qalıb. O, 2010-cu ildə vəfat edib.
DM