29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantinlə bağlı bəzi detallar müəyyənləşdi

19.03.2021

 Xəbər verdiyimiz kimi, bu gün saat 16.00-da Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Brifinqdən öncə isə Operativ Qərargahın karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərarlarının açıqlanacağı gözlənilir.

Bəs hansı qərarlar veriləcək?

DM-in əldə etdiyi məlumata görə, Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış dayandırılacaq. 

Həmçinin ictimai-iaşə obyektlərində (kafe-restoran) yerində xidmət dayandırılacaq, salon və bərbərxanalar işləməyəcək.

Ali və orta təhsil müəssisələrində təhsil dayandırılacaq, yenidən distant təhsilə start veriləcək.

Həmçinin SMS icazə tətbiq olunacaq.

Sərtləşdirilmiş karantin rejiminin ən azı 3 həftə ərzində tətbiqi gözlənilir.