03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya yoluxma sürətlə artır

19.03.2021

 Almaniyada koronavirusa yoluxma halı sürətlə artır. 

DM xəbər verir ki, martın 17-də AFR-də koronavirusa yoluxma əmsalı hər 100 min nəfərə nisbətdə 86,2 nəfər təşkil edib. Yaranmış vəziyyət bir qədər də kəskinləşəcəyi təqdirdə, hökumətin qərarı ilə ölkə özünütəcrid rejiminə keçəcək.

Ekspertlərin fikrincə, karantindən çıxmağa dair alman strategiyasının iflası əhalinin vaksinasiyasının lazımınca düşünülməməsi, habelə "AstraZeneca” preparatının istifadəsinin dayandırılması səbəbindən baş verir. Təbii ki, burada, ekspress və fərdi testlərin çatışmaması da az rol oynamır. Bütün bu səhvlərə yoluxma sayının əhəmiyyətli dərəcədə artması fonunda yol verilib.