03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19.03.2021

 "Azərişıq” ASC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səhmdar cəmiyyətinin Mərkəzi Aparatında, Regional Enerji Təchizatı və Satışı idarələrində, şəhər və rayon Elektrik Şəbəkələrində növbətçilik rejimi tətbiq ediləcək, qəza xidməti və 199 Çağrı Mərkəzi 24 saat istehlakçıların xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatının təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görülüb.

"İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı problemlə əlaqədar "Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.