"Kapitulyasiya olunmuş hakimiyyət getməlidir" - Sarkisyan  
    
                          
     
                         18.03.2021
 
    
                        					Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Paşinyan hakimiyyətini sərt tənqid edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Sarkisyan siyasi fəaliyyətinə davam etdiyini bildirib.
"Siyasi səngəri tərk etməmişəm. Kapitulyasiya olunmuş hakimiyyət getməlidir. Əvəzində xalq dövlət tərəfdarı olan yeni idarəçilər seçməlidir. Ölkənin təhlükəsizliyi və digər məsələlər bundan asılıdır. Başqa yol, başqa alternativ yoxdur", - deyə Sarkisyan bəyan edib.