26 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Paşinyan partiya sədrini məhkəməyə verdi

18.03.2021

Ermənistan baş naziri Nikol Paşinyan müxalifət partiyasının sədrini məhkəməyə verib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Yerkir Tsirani" Partiyasının sədri Zaruhi Postancyan baş nazir tərəfindən məhkəməyə verilib.

O, müxalifətçini böhtan atmaqda ittiham edib. Z.Postancyan Paşinyanı agent və satqın adlandırmışdı. Xüsusi ittiham qaydasında partiya sədrindən publik şəkildə üzr istəmək, dediklərini təkzib etmək və 4 min ABŞ dolları həcmində təzminat ödəmək tələb olunur.

Məhkəmədə Paşinyanı vəkili David Unanyan təmsil edəcək.