28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda 600 manata səməni satıldı

18.03.2021

Novruz bayramının rəmzlərindən biri olan səməni bazarlarda müxtəlif qiymətlərə təklif edilir.

DM xəbər verir ki, bazarda 50 qəpikdən tutmuş 50 manata qədər səmənilərə rast gəlmək mümkündür.

Satıcıların sözlərinə görə, bayramla əlaqədar səmənilərə təlabat artıb. Yüksək tələbat qiymətlərə təsir göstərib. Hətta satıcılardan biri xüsusi sifarişlə hazırlanmış səmənini 600 manata satıb.

Səməninin əsasını təşkil edən buğdanın 1 kiloqramının qiyməti 70-80 qəpikdir. Amma səməni bundan dəfələrlə bahadır. Satıcılar deyir ki, qiymətlər təkcə buğdaya görə dəyişmir. Qiymətin yüksək və ya aşağı olması istifadə olunan bəzək materiallarından asılıdır.

Satıcılar bildirirlər ki, bəzi səmənilər müştərilərin sifarişindən asılı olaraq hazırlanır. Bu amil də qiymətə təsir göstərir.

Bəs alıcılar nə düşünür? Səməni üçün bu qədər israfçılığa dəyərmi?

Müşahidələr onu göstərir ki, daha çox təlabat 50 qəpik-2 manat arasında olan səmənilərədir.