08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dənizdə əməliyyat: 3 iranlı tutuldu

26.07.2018

Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin "Yamaha-200” mühərrikli "Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb. Saxlanılmış qayığa və qayıqda olan İran və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.