29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni rəqqas “Eurovision” mahnımızı təriflədi

18.03.2021

"YouTube" platformasında yayımlanan "Eurovision Hub” proqramında azərbaycanlı təmsilçi Samirə Əfəndinin "Mata Hari” mahnısı müzakirəyə çıxarılıb.

DM xəbər verir ki, sözügedən onlayn müzakirəyə Ermənistandan olan rəqqas Miko da qatılıb.

Erməni rəqqas Azərbaycanın təqdim etdiyi layihə barədə müsbət fikirlər səsləndirərək mahnını, xüsusilə milli musiqimiz yallının ifa olunduğu hissəni çox bəyəndiyini bildirib, bu cür elementlərin Qafqaz regionu üçün ortaq nöqtə olduğunu qeyd edib.

Miko daha sonra "YouTube"da rəy yazan insanlara münasibət bildirərək sülh çağırışı edib: "Siyasət və müharibə haqqında unutmaq həqiqətən çətindir, çünki hər iki ölkə çətin anlarla qarşılaşır. Amma dəyişiklik bizdən başlayır! Hər birimizdən! Hər iki ölkənin insanları yuxudan oyanıb həyatın qısa olduğunu və nifrətin heç bir faydası olmadığını başa düşənə qədər gəlin "Mata Hari”ni dinləyək!"