29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Qarabağda qardaşlarımıza dəstək oluruq" - Hulusi Akar

18.03.2021

"Türkiyə Silahlı Qüvvələri cənab Prezidentimizin başçılığı ilə Suriyada, İraqın şimalında, Aralıq dənizinin şərqində millətimizin haqq, mənafe və maraqlarını qorumaqla yanaşı Liviyada və Qarabağda qardaşlarımıza dəstək olmaqdadır”.

DM xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Çanaqqala Zəfərinin 106-cı ildönümü münasibəti yaydığı təbrik açıqlamasında deyib.

"Bu gün bütövlüyümüz və bərabərliyimizə qarşı ölkə içində və ondan kənarda olanlara ən tutarlı cavab şəhidliklərimizdir. Dünən Vətənimizi işğaldan qorumaq uğrunda son damla qanın qədər vuruşan əsgərimiz, bu gün də eyhi ruhla Vətən torpaqlarımızı, mavi vətənimizi, səmamızı və 84 milyon vətəndaşımızın təhlükəsizliyini qoruyur. Eyni zamanda başqda FETO, PKK/PYD-YPG və İŞİD olmaqla hər cür təhdid və təhlükəyə qarşı əzm və qətiyyətlə mübarizəsini davam etdirir”, - nazir bildirib.

O, şəhidlərin və qazilərin unudulmadığını vurğulayıb.