29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanzaniya prezidenti vəfat edib

18.03.2021

 Tanzaniya prezidenti Con Maqufuli dünyasını dəyişib.

DM xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Samia Hasan Suluhu açıqlama verib.

Onun sözlərinə görə,  ürək problemindən əziyyət çəkən dövlət başçısı paytaxtdakı Mzena xəstəxanasında vəfat edib.  61 yaşlı prezident bir müddət idi ki, yoxa çıxmışdı.

Bundan əvvəl Tanzaniya müxalifətinin lideri Tundi Lisu onun Keniyada xəstəxanaya yerləşdirildiyini, koronavirus və ürək xəstəliyindən əziyyət çəkdiyini bildirimişdi. Lakin bu məlumatlar rəsmi səviyyədə təkzib olunmuşdu.