29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistan səfirindən Azərbaycana çağırış

17.03.2021

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Pakistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Pakistan bu gün” adlı seminar keçirilib.

DM-in verdiyi məlumata görə, sözügedən tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edərək Pakistanın Azərbaycanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

Fərid Şəfiyev rəhbərlik etdiyi Mərkəzin Pakistanın düşüncə mərkəzləri ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanla yüksək səviyyəli əməkdaşlığa toxunaraq Azərbaycan hökumətini Pakistan bazarına, xüsusən də İT sektoruna investisiya qoymağa dəvət edib.

Səfir Pakistanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsi üçün müdafiə sahəsində, iqtisadi sahədə, turizm, təhsil və insanlararası münasibətlərin inkişafı sahəsində əlaqələri vacib hesab etdiyini açıqlayıb:

"Mən Azərbaycanla investisiya və ikitərəfli ticarət sahəsində böyük fürsətlər görürəm. Pakistan şirkətləri həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak etməyi səbirsizliklə gözləyirlər”.

Əlaqələrin inkişafında birbaşa uçuşların təşkilinin vacibliyini qeyd edən diplomat AZAL və Pakistan Hava Yollarının koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin azaldılmasından sonra iki ölkə arasında uçuşların açılmasına hazır olduğunu bildirib.