09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı şəhər İcra Hakimiyyətinin İdarəsi ləğv edildi

29.01.2018

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ləğv olunduğunu elan edib. Dövran Media Lent.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Səbail rayonu İstiqlaliyyət küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.
Qeyd edək ki, keçən il dövlət başçısının sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan Reklam və İnformasiya İdarəsi isə qanunvericiliyə müvafiq olaraq, Bakı şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi.