28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə ekstremal hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

17.03.2021

Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.

DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Anadolu bölgəsində yerləşən Erzurum, Kars, Ağrı və Ardahan şəhərlərində şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.