Ər-Riyad neft ixracını dayandırdı  - SƏBƏB 
    
                          
     
                         26.07.2018
 
    
                        Səudiyyə Ərəbistanı müvəqqəti olaraq Bab əl-Məndəb boğazından neft ixracını dayandırıb.
"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı "Əlcəzirə” televiziyası yayıb. Belə bir qərara səbəb husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki tankerinə hücum etməsi olub.
Neft tədarükünün boğazlarda hərəkətin tam təhlükəsiz olacağı təqdirdə bərpa ediləcəyi vurğulanıb.