03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Spiker deputatların çıxış vaxtını azaltmaq istədi, etirazla qarşılandı

16.03.2021

Milli Məclisin plenar iclasında 4 deputat çıxış üçün nəzərdə tutulan 10 dəqiqənin 5 dəqiqəyə endirilməsinə etiraz edib.

DM xəbər verir ki, hökumətin hesabatının müzakirə edildiyi parlamentin plenar iclasında spiker Sahibə Qafarova yerdən gələn deputatların təklifini nəzərə alaraq çıxışların 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif edib.

Deputatların əksəriyyəti bununla razılaşsa da, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı və Musa Qasımlı buna etiraz edib.

Sədr Sahibə Qafarova etiraz edənlərə 10 dəqiqə danışmaq imkanı yaradılacağını deyib.