25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ermənistanda 1 mart məhkəməsi təxirə salındı

16.03.2021

Ermənistanda 1 mart 2008-ci il hadisələri ilə bağlı məhkəmə prosesinin iclası təxirə salınıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, hakim Anna Danibekyan iclasın ertələnməsi barədə qərar verib.

Bunun səbəbi müttəhimlərdən biri olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın məhkəməyə gəlməməsi olub. Təqsirləndirilən şəxs qismində prosesə cəlb olunan Ohanyan iclasa qatılmaqdan imtina edib.

Qeyd edək ki, 1 mart 2008-ci ildə seçki saxtakarlığına kütləvi etirazlar zamanı dinc aksiyaçılara silahla zor tətbiq edilib. Nəticədə bir neçə etirazçı ölüb.