25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Vaxt var idi ki, vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq" - Deputat

16.03.2021

 "Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər çox işlər görülür. Bir vaxt var idi ki, sahibkarlardan vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq. Ancaq bununla bağlı indi çox ciddi şikayətlər yoxdur”.

DM xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bizi çox maraqlandıran məsələlərdən biri hüquq-mühafizə orqanlarında islahatların aparılmasıdır. Hesab edirəm ki, məhkəmə-hüquq sistemində islahatlara getmək lazımdır. Bundan əlavə, işğaldan azad edilən ərazilərdə sənaye kompleksələrinin yaradılmasını istəyirəm”, - deputat bildirib.