03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəşad Nəbiyevdən yeni təyinat

16.03.2021

 Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Daxili nəzarət və audit şöbəsinə Ramil Məhərrəmov müdir təyin edilib.

Bu barədə nazirlikdən bildirilib.

R. Məhərrəmov 1999-cu ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirib. O, 2004-2006-cı illərdə Massaçusets Universitetində (Amherst) İqtisadi siyasət və idarəetmə üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiya İnstitutun Sloan İdarəetmə Məktəbində təhsilini davam etdirərək Biznes idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnib.

2000-2006-cı illərdə "BP Azərbaycan”, "Mercy Corp” şirkəti, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Dünya Bankında təcrübə keçib.

2006-2009-cu illərdə Beynəlxalq Valyuta Fondunda baş iqtisadçı, Xəzər Beynəlxalq İnvestisiya şirkətində məsləhətçi kimi çalışıb.

2009-2013-cü illərdə İslam İnkişaf Bankının Avropa və Orta Asiya departamentində Baş Ölkə Meneceri kimi fəaliyyət göstərib.

R. Məhərrəmov 2013-2015-ci illərdə Mərkəzi Bankın Strateji departamentinin direktoru vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Kraudfandinq Platforması olan Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan Maliyya kimi startaplarda həmtəsisçi olub.

Ramil Məhərrəmov 2017-2020-ci illərdə SOCAR AQS-də Baş Maliyyə Direktoru vəzifəsində işləyib.

Azərbaycan, türk, ingilis və rus dillərini bilir.