03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Manukyanın AÇIQLAMASI

15.03.2021

 Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan erkən seçkilərdən danışıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, V.Manukyan erkən seçkilərə qarşı olduqlarını bəyan edib.

"Paşinyan dövründə keçiriləcək istənilən erkən seçkilərin qarşısı nəyin bahasına olsa da, alınmalıdır. Paşinyan hakimiyyəti bu addımı atsa, seçki elan etsə, proses başlamazdan əvvəl kənarlaşdırılmalıdırlar", - Vazgen Manukyan bildirib.

O qeyd edib ki, müxalifətin erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə qazanmaq şansı yoxdur. Manukyanın sözlərinə görə, seçkilər Paşinyan və komandasının hakimiyyətdə qalması ilə nəticələnəcək.