03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnfeksionistin açıqlaması

15.03.2021

Gündəlik yoluxma sayı dördrəqəmli olarsa, məhdudlaşdırıcı tədbirlər görülə bilər.

Bunu infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, hazırkı vəziyyət karantinin tətbiqi üçün zəruri deyil:

"Mart ayında yoluxma sayında artım olması əvvəldən proqnozlaşdırılırdı. Bu ay bayramlar ayı və qeyri-iş günləri çox olduğu üçün insanlar arasında təmas artır və qapalı məkanlara daha çox üz tutulur. Buna baxmayaraq, hesab edirəm ki, hazırkı vəziyyət karantinin tətbiqini zəruri etmir. Çünki aktiv xəstə və gündəlik yoluxma sayı çox deyil. Sərtləşdirilmə tədbirləri insanların psixologiyasına, immunitetinə mənfi təsir edəcək. Yoluxma dördrəqəmli olarsa, bu zaman hansısa məhdudiyyətlər ola bilər.

Hazırda SMS-icazə sisteminin, sərt karantinin tətbiqi üçün qorxulu vəziyyət yoxdur”.