09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk ordusu Afrində 557 terrorçu məhv edib

29.01.2018

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 557 terrorçu məhv edilib.
Məlumatda həmçinin bildirilir ki, yanvarın 28-də əməliyyata 13 təyyarə cəlb edilib. Təyyarələrin hamısı döyüş tapşırıqlarını uğuqla yerinə yetirərək artıq təhkim olunduqları aviabazalara qayıdıb.
Terrorçularla döyüş zamanı iki hərbçi yaralanıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı” əməliyyatına başlayıb.
DM