03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda erkən seçkilər keçirilə bilər - "Kommersant"

15.03.2021

 Rusiyanın "Kommersant" nəşri Ermənistandakı siyasi proseslərlə bağlı material dərc edib.

DM "Kommersant"a istinadən xəbər verir ki, may və ya iyun ayında Ermənistanda erkən və növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu barədə nəşrin "Mənim addımım" blokundakı xüsusi mənbələri məlumat veriblər.

Qeyd edilir ki, baş nazir Nikol Paşinyanın prezident Armen Sarkisyanla görüşündən sonra erkən seçkilər məsələsi yenidən gündəmə gəlib. Əgər müxalifət qüvvələri təşəbbüsü dəstəkləyərsə, erkən seçkilər mayda baş tuta bilər.