06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfv və böyük amnistiya olacaq

12.03.2021

 "Novruz bayramı ilə əlaqədar əfv sərəncamı 100 faiz olacaq. Bu dəfə daha çox məhbusun azadlığa çıxacağını gözləyirik”.

Bunu hüquq müdafiəçisi, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda iki dəfə əfv sərəncamının imzalanacağı gözlənilir:

"İşçi Qrupdan Əliməmməd Nuriyev oradadır. Bilirik ki, əfv sərəncamı imzalanacaq. Özü də deyəsən, bu il iki dəfə məhbusların bağışlanılması gözlənilir. Böyük amnistiya da olacaq. Biz belə eşitmişik”.

Hüquq müdafiəçisi əfv və amnistiya ilə bağlı müəyyən detalları da açıqlayıb:

"Yəqin ki, böyük amnistiya qələbəyə görədir. Biz öz siyahımızı Əfv Komissiyasına göndərmişik. Siyahıya 38-39 nəfərin adı salınıb. Kimlərin azad olunacağı Əfv Komissiyasının Prezidentə təqdim etdiyi siyahıdan asılıdır. Xeyli məhbusun azadlığa çıxacağını gözləyirik”.