09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Hərbi cinayətlər kəskin azalıb - Rəsmi

12.03.2021

 "2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri-hərbi cinayətlər isə 18,6 faiz azalıb”.

DM xəbər verir ki, Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib.

F.Əliyev bildirib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5 faiz azalıb:

"Az ağır cinayətlər 37,6 faiz, ağır cinayətlər isə 39,9 faiz azalıb”.

"2020-ci ildə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin - qəsdən adam öldürmə, hakimiyyətdən sui-istifadə etmə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında 2019-cu illə müqayisədə azalma müşahidə olunub”, - deyə o, əlavə edib.