09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aviareyslərin sayı 3 dəfə artırıldı

25.07.2018

Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib.
Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycan Respublikasının və Türkiyə Respublikasının bütün aviaşirkətlərinə şamil ediləcək
Bundan əlavə, tərəflər "Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər. Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli "Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.