04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaxın 7 ildə altı qızıl yatağı istismara veriləcək

12.03.2021

 "2021-2027-ci illər ərzində "Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla, daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsi planlaşdırılır”.

DM xəbər verir ki, bu məlumatı "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, bu gün Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan "Cengiz Holding”in törəmə şirkəti "Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüşdə səsləndirib. 

Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verən Zakir İbrahimov, dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. 

 "Eti Bakır” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib və şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. 

Türkiyəli qonaq mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.

İdarə Heyətinin sədri "AzerGold” QSC-nin dövlət şirkəti olaraq bu sahədə dost və qardaş Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri, yataqların resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyaları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunmasına dair razılıq əldə olunub.