04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanla Rusiyanı birləşdirən Yuxarı Lars yolu bağlandı

12.03.2021

 Gürcüstanla Rusiya arasında Yuxarı Lars yolu bağlanıb.

DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, səbəb ekstremal hava şəraitidir. Hazırda bütün növ nəqliyyat vasitələri üçün yol bağlıdır.

Böyük Qafqaz dağlarında yerləşən tarixi Dəryal keçidindən keçən bu yol "Hərbi Gürcüstan yolu" da adlandırılır. Dağlıq ərazilərdən keçən yoldə hərəkət ilin soyuq dövründə tez-tez məhdudlaşdırılır. Olduqca təhlükəli relyefə malik bölgə olan bu regionda mütəmadi olaraq qar uçqunları müşahidə olunur.

Qeyd edək ki, Ermənistanla Rusiya arasındakı kommunikasiya və logistika əlaqələri də bu yolla təmin olunur.