04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Livan Azərbaycana təşəkkür etdi

11.03.2021

 Livanın xarici işlər naziri Şarbel Vahbi erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qaytarılmasına görə Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

DM xəbər verir ki, məlumatı Livan Milli Agnetliyi yayıb.

Qeyd edək ki, Livanın Burc Hammud ərazisində anadan olan M.Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin 10 mart tarixində azad edilib.

O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Qeyd etmək istərdik ki, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.