“Qarabağ” bu gün  “Kukesi” ilə qarşılaşacaq   
    
                         
     
                         25.07.2018
 
    
                        Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir. 
"Dövran Media" xəbər verir ki, bu gün qitənin ən mötəbər klub turnirində "Qarabağ” da meydana çıxacaq.
Ağdam klubu Albaniyada "Kukesi”nin qonağı olacaq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz növbəti mərhələyə adlamaq üçün səfərdə sərfəli nəticə qazanmalıdır. 
Qeyd edək ki, Qurban Qurbanovun komandası bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.
25 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
21:00. "Kukesi” (Albaniya) - "Qarabağ” (Azərbaycan)
Baş hakim: Ola Hobber Nilsen (Norveç)
Şkoder. "Loro Boriçi” stadionu