02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Özümüzü Sakit Oken xalqı hesab edirik” - Ned Prays

11.03.2021

 "Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad -Quadrilateral Security Dialogue) üzvləri Vaşinqtonun ortaq maraqlara əsaslanan vacib dost və müttəfiq qrupdur”.

DM xarici KİV-ə istinadla xəbər verir ki, bunu  ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays mətbuata açıqlamasında bildirib. N.Prays deyib ki, ABŞ, Hindistan, Yaponiya və Avstraliyadan ibarət olan bu qrupun bəzi maraqları dənizdəki təhlükəsizlik, qlobal sağlamlıq, iqlim ilə əlaqədardır:

"Dördlük kollektiv ortaq maraqları öz üzərinə götürməklə məşğul olur".

İdarəetmənin ilk günlərində Hindistan-Sakit okean bölgəsinin əhəmiyyətini vurğulayan Price deyib ki, bu, Birləşmiş Ştatlar üçün böyük bir vəd verən və eyni zamanda böyük bir problem gətirən bir bölgədir:

"Özümüzü Sakit Oken xalqı hesab edirik və düşünürük ki, bu bölgə ilə özümüz məşğul olmalıyıq. Bu qarşılıqlı əlaqəni dərinləşdirmək istəyirik və bu, böyük maraq göstərdiyimiz vacib tərəfdaşlarla əhəmiyyətli bir forumdur".

Xatırladaq ki, Dördlük müntəzəm olaraq işçi və xarici işlər nazirləri səviyyəsində görüşür, ancaq cümə günü dördlük ilk dəfə liderlər səviyyəsində görüşəcək. Prezident Co  Bayden Yaponiyanın Baş naziri Yoşihide Suqa, Hindistanın Baş Naziri Narendra Modi və Avstraliyanın Baş Naziri Skott Morrison ilə virtual görüş keçirəcək.