Müxalifət lideri Paşinyanla görüşəcək  
    
                          
     
                         11.03.2021
 
    
                         Ermənistanda müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş nazir Nikol Paşinyanla görüşəcək.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, E.Marukyan bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.
Partiya sədri qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan bu təkliflə çıxış edib və parlament müxalifəti liderlərini baş nazirlə görüşməyə çağırıb.
"Prezidentin təklifini qəbul etdim və Nikol Paşinyanla görüşəcəyəm", - deyə Marukyan qeyd edib. Görüşdə müxtəlif məsələlərin müzakirə ediləcəyi bildirilib.