02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin səhhəti ilə bağlı SENSASİON MƏLUMAT

11.03.2021

 Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı sensasion məlumat yayılıb.

DM xəbər verir ki, Rusiyalı müstəqil şərhçilərin etibarlı mənbə kimi təqdim etdikləri "Генерал СВР” (Служба Внешней Разведки - Xarici Kəşfiyyat Xidməti) "Telegram" kanalı Putinin ağır xəstə olduğunu bildirib.

"Генерал СВР”in məlumatına görə, Putin bəzən əlindəki əşyaların təyinatını unudur və onlarla nə edəcəyini bilmir. Bəzən isə onda hərəkət pozğunluğu müşahidə olunur. Martın 8-də isə təxminən 15 dəqiqə ərzində prezident danışıq qabiliyyətini itirib. Sonra isə heç nə xatırlamadığını bildirib.
 
"Генерал СВР” belə bir vəziyyətdə hakimiyyətinin ötürülməsinin ləngiməsinin doğurduğu riskin artdığını bildirir. Narahatlıq yalnız prezidentin onkologiyaya nə qədər müqavimət göstərə biləcəyi ilə bağlı da deyil. Çünki, nüvə dövləti tezliklə yarı ölü bir şəxsin ümidinə qalacaq...