02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sakit okeanda ABŞ-Çin qarşıdurması yenidən gərginləşdi

11.03.2021

 Sakit okeanda ABŞ-Çin qarşıdurması yenidən gərginləşib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit okean regionu üzrə komandanı Filip Devidson danışıb. O qeyd edib ki, Çin getdikcə daha aqressiv hərbi xətt tutmağa çalışır. Hərbçi Çini "strateji təhdid" adlandırıb.

"Çin XXI əsrdə qlobal təhlükəsizliyə qarşı ən böyük strateji təhdiddir. Beynəlxalq nizamda liderlik rolunu almağa çalışırlar. Bunu 2050-yə qədər edəcəklərini açıqlamışdılar. Amma bunun daha tez olması üçün çalışırlar və mən narahatam", - deyə F.Devidson bəyan edib.

Hərbçi həmçinin Çinin Tayvan ətrafında və Hindistanla sərhədlərdə gördüyü işlərdən narahatlığını ifadə edib.