06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu dərsliklərdə nöqsanlar AŞKARLANDI

10.03.2021

 Dövlət İmtahan Mərkəzində respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 5-11-ci sinif "Русский язык”, "Литература” və "Fizika” dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb.

DM xəbər verir ki, fənlər üzrə işçi qrupları tərəfindən dərsliklər məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərlə bağlı qeyd və təkliflər bildirilib.

Fənlər üzrə işçi qrupları tərəfindən dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib.