Türkiyədə ağır qəza   
    
                          
     
                         10.03.2021
 
    
                        Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Batman bölgəsində yaşanıb. Belə ki, şagirdləri daşıyan servis avtobusu uçuruma yuvarlanıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda qəzanın səbəblərinin aşkarlanması istiqamətində araşdırmalar davam etdirilir.