09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan Türkiyəyə qarşı ŞOK

24.07.2018

ABŞ Konqresi S-400 müdafiə sistemlərinin alınması ilə bağlı hesabat təqdim olunana qədər Türkiyəyə F-35 qırıcıları da daxil olmaqla, bir çox müdafiə sənayesi məhsulunun göndərilməsi və bütün silah sistemlərinin satışını müvəqqəti olaraq dayandırmaq qərarı qəbul edib.

"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ-ın 2019-cu il üçün hazırlanan Müdafiə Büdcəsi qanunu layihəsində nəzərdə tutulub.
Layihənin qanuni qüvvəyə minməsindən sonra 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi Türkiyə-ABŞ münasibətlərinin vəziyyəti ilə bağlı hesabatı Konqresə təqdim etməlidir. Bu hesabatda ABŞ Müdafiə Nazirliyinin Türkiyənin Rusiyadan S-400 sistemlərini almasının hərbi münasibətlərə təsiri və Ankaranın F-35 yeni nəsil döyüş təyyarəsi proqramından çıxarılmasının ABŞ sənayesi üçün yaradacağı təsirləri qiymətləndirməsi gözlənilir.
Yekun nəticədə Türkiyəyə F-35 təslimatının tamamilə dayandırılmasını nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsi üçün həm ABŞ Nümayəndələr Palatası, həm də Senatın razılığı olmalı, daha sonra isə Tramp təsdiqləməlidir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sözügedən qanun layihəsinin əleyhinə olduğu bildirilir.