27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanıstanda iğtişaşlar baş qaldırdı

10.03.2021

 Yunanıstanda genişmiqyaslı iğtişaşlar başlayıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr paytaxt Afina şəhərində yaşanıb. Belə ki, "Nea Smirni" meydanına toplaşan və aralarında çoxsaylı gənc və tələbələrin olduğu kütlə ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Polis zorakılığına etiraz etmək üçün keçirilən aksiya iğtişaşa çevrilib. Etirazçıların sayı 5 mindən çox olub. Olaylarda 5 aksiyaçı saxlanılıb, 1 polis yaralanıb. Hazırda araşdırmalar davam etdirilir.