27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşanın su təchizatı ilə bağlı asılılığı aradan qaldırılıb

09.03.2021

Cəbrayıl rayonu ərazisində İran İslam Respublikası ilə həmsərhəd Araz çayı üzərində tikilmiş ümumi su tutumu 1.6 mlrd kubmetr olan Xudafərin su anbarının idarə olunmasında Azərbaycanın iştirakı təmin olunub.

Nəticədə təxminən 250 min hektar torpaq sahəsinin su təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına və elektrik enerjisi istehsalına şərait yaranacaq.

DM xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, Daşaltı kəndinin içməli su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb, təmir-bərpa işlərindən sonra Şuşa şəhərinə içməli suyun verilişi təmin olunub, dayanıqlı su təchizatının təşkili və Kiçik Kirs mənbəyindən asılılığın aradan qaldırılması üçün zəruri tədbirlər görülərək şəhərin içməli su təminatını həyata keçirən Zarıslı mənbəyinin məhsuldarlığı artırılıb.